Tanınmış müğənni Elnarə Xəlilova məşhur model və müğənni Stefano Suarosla duet ifa edib.
AZXEBER.COM-un məlumatına görə, Stefano Suaros Amerikada Calvin Klein markasının həm tanıtım həm də üz modelidir. Eyni zamanda çox istedadlı musiqiçidir.
Xəlilova qeyd edib ki bir müddət öncə onun yeni mahnısını dinlədim səsini çox bəyəndim və onunla duet oxumaq qərarına gəldim. Və hansı mahnını bərabər oxuyaq deyə düşündüm sonda ən çox sevdiyim mahnılardan biri olan Zorro filminin soundtrackın seçdim.
Stefano ilə əlaqələrin qurulmasında onun produseri Azad Mirzə yaxından dəstək oldu. Mahnını isə JZ və və bir çox məşhur simalarla çalışan musiqi produseri Cheff Loncher həvalə etdik və mahnını ərsəyə gətirdik deyə Elnarə Xəlilova bildirib.
Stefano Suaros bu işbirliyi haqda deyib: Mən də öz növbəmdə bildirmək istəyirəm ki, bir muddət öncə prodüser Azad Mirzə mənə zəng etdi və müğənni Elnarə Xəlilova ilə bu proyekti təklif etdi. Elnarə xanım çox gözəl və tanınmış müğənnidir. Onun çox gözəl səsi var və bilirəm ki, mənim səsimi çox bəyənir eyni zamanda mən də onun səsini və mahnılarını sevdim. Sonda biz bu layihəni ərsəyə gətirməyə qərar verdik. Yeni mahnı olmasa da mənim üçün yeni işdir. Çünki mən heç bir müğənni ilə duet oxumamışam. Elnarə Xəlilovanin səsini və sənətini sevdiyim üçün duet oxumaq qərarına gəldim. Myls musiqi companyasının sahibi Cheff Loncerin dəstəyi ilə mahnını ərsəyə gətirdik. Mən mahnını çox bəyəndim əminəm ki siz də bəyənəcəksiz".