Elnarə Rzayeva: "Bu təzyiqlərdən sonra daha da gücləndim" - FOTOLAR

TOP4
10:36 12.06.2018
4201
Jurnalist Almaz Əhmədova tanınmış kosmetoloq Elnarə Rzayevinin bir neçə gün öncə baş tutan mətbuat konfransı haqda təəsüratlarını bölüşüb. 
 
Həmin yazını təqdim edirik:

Elnarə Rzayeva haqqında böhtan xarakterli yazılarla və yayımlarla məşğul olan media nümayəndələri öz əməllərindən peşman olmaqla reallığa təslim olub tədbiri tərk etdilər!

7 iyun tarixində BMM-də həkim kosmetoloq Elnarə Rzayeva media nümayəndələri ilə görüşdü.

Həkim kosmetoloqun görüşməkdə məqsədi onun fəaliyyəti haqqında bir çox sayt və portallarda böhtan xarakterli məlumlatların yayımlanması idi. Onun haqqında verilən yanlış məlumatlara Elnarə həkim media nümayəndələrinin suallarını cavablandıraraq sübuta yetirdi ki, bu məlumatlar qərəzli şəkildə təşkil edilmişdir. Konfransın öz axarında davam etməsi böhtan xarakterli yayımlarla məşğul olan bir çox sayt portallarının nümayəndələrini narahat etdi. Həmin şəxslər qıcıqlandırıcı ifadələrlə çıxış edərək tədbirdə qalmaqal salmağa cəhd göstərsələr də həqiqət yalana, böhtana qalib gəldi. Yəni böhtan xarakterli yazılarla və yayımlarla məşğul olan media nümayəndələri öz əməllərindən peşman olmaqla reallığa təslim olub, tədbiri tərk etdilər!
E. Rzayeva onların xoşagəlməz hərəkətlərinə məhəl qoymadan çıxışını davam etdirərək dedi: "Mən Elnarə Rzayeva təşkil olunmuş konfransda iştirak edən hər bir media nümayəndəsindən xahiş edirəm ku, mənim fəaliyyətimlə bağlı həqiqətləri olduğu kimi, doğru, dürüst, ədalətli şəkildə ictimayyətə çatdırsınlar. Hər halda mən peşəkar həkim kimi fəaliyyətimi düzgün şəkildə nizam-intizamla həyata keçirə bilməsəydim, bu gün bir peşəkar həkim olaraq media qarşısına çıxmaqdan çəkinərdim"
Yüksək səviyyəli uğurlarımla, Azərbaycan Respublikasını bir çox xarici dövlətlərdə, MDB ölkələrində, qardaş Türkiyədə və bir çox xarici ölkələrdə təmsil etmişəm. 
Düşünməzdim ki, mənimlə rəqabət apàran həmkarlarımın təşkilatçılığı ilə təşkil olunmuş böhtan xarakterli səhnələrlə məni ruhdan salmağa cəhd göstərəcəklər. Mənimlə rəqabət aparan həmkarlarım düşünmədilər ki, onların mənə göstərdiyi təzyiqə baxmayaraq, peşəmlə bağlı daha da cəsurcasına addımlar atmağa çalışıram və bundan sonra da çalışacam. Çünki zəhmətkeş, peşəkar, özünə hörmət bəsləyən ixtisası üzrə yüksək səviyyəli savada sahib olan həkim hər bir işində güvənlidir. Böhtan yazan media nümayəndəsi düşünməlidir ki, insanların sağlamlığı keşiyində dayanan həkimlər haqqında böhtan yazmaq, günah və cinayətdir! 

Əsl vicdanlı qələm sahibi vəzifəsindən sui istifadə edib şəxsi mənafeyinə xidmət etməz. Hər hansısa bir həkimin peşəsiylə bağlı xidmətlərindən böhtan xarakterli fikirlər yaymaqla ictimayyət qarşısında məşhurlaşmağa cəhd göstərməyi düzgün deyil.
Həkim Elnarə çıxışına əlavə olaraq bildirdi ki, məni yaxından tanımaq istəyən hər bir şəxs mənim tərcümeyi halımdan xəbərdar olub sonra həqiqətləri doğru-dürüst işıqlandıra bilər."

Qeyd edim ki, Rzayeva Elnarə Ramiz qızı 1986-ci ildə Gürcüstanın Dumanisi rayonunda ziyalı ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında olarkən atasının işi ilə əlaqədar yaşamaq üçün Moskva şəhərinə köçürlər. Orta məktəb təhsilini Moska şəhərində alır, 2003-cü ildə təhsilini uğurla başa vurur və həmin ildə Moskva şəhərində yerləşən Seçimov adına Akademiyanın tələbəsi adını qazanır və 2009- cu ildə müalicə işi üzrə təhsilini başa vuraraq həkim adını qazanır. 2009-2010-cu il Moska şəhərində "Gözəllik Akademiyası"nda təhsil alır və uğurla başa vurur. Amma buna baxmayaraq, öz üzərində işləməyi sevən gənc həkim kosmetoloq öz işinin əvəzolunmaz peşəkarı olmaq üçün aldığı təhsil ilə yenə də kifayyətlənmir və təkrar təhsil almaq qərarın verir . Elnarə Rzayeva 2012- ci ildə İtalyanın Milan şəhərinə üz tutur və orada " Lazerlər üzrə mütəxəsis" peşəsinin incəliklərinə yiyələnir.

İşlədiyi sahə üzrə yetərincə sertifikatlar qazanaraq sənətinin peşəkarına çevrilmiş Elnarə Rzayeva yaxın günlərdə qardaş Türkiyənin İstanbul şəhərində 2 illik fəaliyyəti dövründə Kosmitaloğiya dünyasına yenilik gətirdiyi üçün mükafatlandırılmışdır.

Elnarə Rzayeva Türkiyənin bir çox TV kanallarında ( TV-8 Acun Mediya, Bəyaz TV, Türkiyə, Şou TV, ATV və s.ə) iştirak etmişdir.
Elnarə Ramiz qızı Rzayeva öz işinin profesionalı olduğuna əmin olduğunu bildirir.
Onu da qeyd eək ki, 2018-ci ildə Elnarə Rzayeva öz adını brendləşdirərək adına Estetik Mərkəzlər açmağa müvafiq olmuşdur. Hal- hazırda Bakı şəhəri Səməd Vurgun 92 də fəaliyyət göstərir.

Azadlıq metrosu istiqamətində isə yeni bir estetik mərkəzin təmiri yaxın zamanlarda başa çatacağı haqqında məlumat verir.
Elnarə Rzayeva kosmetaloğiyada öz yeniliklərinə güvənərək artıq Azərbaycanın hüdudlarından kənarda çıxmaq qərarını vermişdir. O, Moska şəhərində, Türkiyənin bir çox şəhərlərində və Hindistanın Dehli şəhərində estetik mərkəzlərin açılışını etməyə hazırlaşır.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR