Elnur Əşrəfoğlu: "Mən futboldan danışanda, Allahverdiyev şortikdə gəzirdi"

İDMAN
10:13 01.05.2011
1977
Başqa klubların isə qızıl medallara daha layiq olduğunu deyir. O, bütün bunları heyətindən kənarlaşdırıldığı komandada bağışlanması üçün edir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu deyib.

O, çalışdığı klubun uğuruna kölgə salmağa çalışan Elnur Allahverdiyevin fikirlərini əsassız sayır: “Allahverdiyev bazarda da bu haqda danışıldığını deyir. Yəqin ki, bazarda nəsə satır. Orada özü kimi insanlarla ünsiyyətdə olur ki, nə dediklərini də bilir. Ona bir məsləhətim var: danışmaqdansa, gedib futbolunu oynasın. Əgər əsl peşəkardırsa, keçmiş komandasının dalınca danışmasın”.

Əşrəfoğlu adaşının onun haqda mətbuata dediyi sözləri də cavabsız qoymayıb: “Allahverdiyev bu yaxınlarda mən barədə də nə isə danışmışdı. Səhv etmirəmsə, 1983-cü il təvəllüdlüdür. Mən isə futboldan ilk televiziya reportajımı 1993-cü ildə vermişəm. Yəni, mən futboldan danışanda, Elnur şortikdə gəzən uşaq idi”.

“Neftçi” rəsmisinin sözlərinə görə, Allahverdiyev bir neçə ay əvvəl paytaxt klubuna keçmək istəyirmiş: “Məcbur etməsin ki, ağzımızı açıb, onun haqda həqiqətləri deyək. Onun 1-2 ay əvvəl “Neftçi”nin bazasında gəlməsinin məqsədini yaxşı bilirəm. Elə etməsin ki, bütün bunları ictimaiyyətə açıqlayım”.

OXŞAR XƏBƏRLƏR