"Elnur Allahverdiyevin fəxri konsul vəzifəsi 29 dekabr 2019 tarixində bitib" - MSK

Seçki2020
19:05 27.01.2020
3079

17 saylı Yasamal üçüncü seçki dairəsindən qeydə alınmış namizəd Cavad Cavadov Mərkəzi Seçki Komissiyasına müraciət edib.

AZXEBER.COM "Qafqazinfo"-ya istinadən xəbər verir ki, müraciət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O qeyd edib ki, C. Cavadov müraciətində iddia edib ki, həmin dairədən qeydə alınmış namizəd Elnur Marat oğlu Allahverdiyevin başqa dövlət qarşısında öhdəliyi var. İddia edilib ki, E. Allahverdiyev Sloveniya Respublikasının Azərbaycanda  fəxri konsuludur. Bu da başqa dövlət qarşısında öhdəlik yaratdığı üçün Azərbaycan Konstitusiyasına ziddir. Beləliklə, ərizəçi iddia edir ki, onun namizədliyi ləğv olunmalıdır. 

R. İbrahimov qeyd edib ki,  araşdırma zamanı ərizəçi telefona cavab verməyib. 

Müraciətlə bağlı ekspert qrupumuz Azərbaycan Xarici İşlər Nazirliyinə  sorğu göndərib. Nazirliyin Dövlət Protokolu İdarəsindən bizə verilən qərara əsasən, Elnur Allahverdiyevin fəxri konsul vəzifəsi 29 dekabr 2019 tarixində bitib. Sloveniya Konsulluğu Xarici İşlər Nazirliyinə də  rəsmi nota ilə müraciət edib ki, E. Allahverdiyevin fəxri konsul vəsiqəsinin etibarlılıq müddəti həmin tarixdə bitib və fəaliyyəti dayandırılıb. Həmçinin Sloveniyanın Türkiyədə səfirliyi də namizədin öhdəliyinin olmadığı barədə məlumat verib.

Qeyd edim ki, namizədin fəxri konsul statusu ləğv edildikdən sonra onun namizədliyi qeydə alınıb. Bunları nəzərə alaraq Cavad Cavadovun şikayəti əsassız hesab edilərək təmin edilməyib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

03:00 24.09.2021

Dövlət başçısı: "BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gündə icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı"

02:53 24.09.2021

Prezident: "Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq"

02:49 24.09.2021

Dövlət başçısı: "Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir"

02:48 24.09.2021

İlham Əliyev: "Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur"

02:46 24.09.2021

İlham Əliyev: "Azad olunmuş ərazilərin 7 200 meqavat günəş enerjisi və 2 000 meqavat külək enerjisi potensialı var"

02:45 24.09.2021

Prezident: "BMT Nizamnaməsinə əsasən, Ermənistan Azərbaycana qarşı ağır cinayətlərə görə məsuliyyət daşımalıdır"

02:42 24.09.2021

Prezident: "Azərbaycan tolerantlıq və sülh şəraitində yaşama nümunəsidir"

02:40 24.09.2021

İlham Əliyev: "Azərbaycanda pandemiya ilə bağlı vəziyyət nəzarətə götürülüb"

23:50 23.09.2021

Hikmət Hacıyev İranın XİN başçısının müavini ilə görüşüb - FOTO

23:20 23.09.2021

Həkim-pediatr: “Koronavirusdan sağalan uşaqlarda çoxsistemli iltihab sindromuna daha çox rast gəlinir”

23:05 23.09.2021

Azərbaycan Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verdi

22:55 23.09.2021

Husilər Yəmənin bir əyalətini nəzarətə götürüblər

22:38 23.09.2021

Medianın İnkişafı Agentliyində görüş keçirilib - Fotolar

22:31 23.09.2021

BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri Kabilə qayıdıb

22:12 23.09.2021

Moskvada Azərbaycana qarşı təxribat məzmunlu film – VİDEO

21:46 23.09.2021

Avropa İttifaqı Əfqanıstanda nümayəndəliyinin açılması üzərində işləyir