Elnur Amsterdamda - FOTOLAR

MAQAZİN
13:09 20.04.2015
1310

Amsterdamın populyar musiqi mərkəzi olan “Melkweg” məkanında illik “Eurovision” konserti keçirilib.

AZXEBER/COM müsabiqənin saytına istinadən xəbər verir ki,mərasimdə 24 çıxış, o cümlədən Azərbaycanın təmsilçisi Elnur Hüseynovun ifası dinlənilib.

Konsertdə 1500-dən çox pərəstişkar olub. Müsabiqə iştirakçıları jurnalistlərlə də görüşüb. Tədbirin xüsusi qonağı isə “Eurovision- 1985” mahnı müsabiqəsinin qalibi olmuş “Bobbysocks” dueti olub.

Qeyd edək ki, E.Hüseynov mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci çıxış edəcək. O, «Hour of the Wolf» mahnısını səsləndirəcək.

OXŞAR XƏBƏRLƏR