Elnur Aslanov: ‘Azərbaycanda azad və ədalətli seçkilər demokratiyanın təməl daşıdır’

Elnur Aslanov: ‘Azərbaycanda azad və ədalətli seçkilər demokratiyanın təməl daşıdır’
SİYASƏT
15:04 13.09.2013
1652

Bir nəsil ötmədən müasir, dünyəvi və demokratik millət olmaq heç də asan vəzifə deyil.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiriElnur Aslanovun ABŞ-ın "The Economist" jurnalında dərc edilən məqaləsində deyilir. Məqalədə qeyd edilir ki, Avropa və Asiya arasında özünəməxsus sosial-iqtisadi həlqə olan Azərbaycan hazırda çoxmillətli, tolerant, çoxkonfessional, ahəngdar inkişaf edən və güclü dövlətdir. Məqalədə deyilir: "Azərbaycan NATO-nun Cənubi Qafqazda strateji tərəfdaşıdır, həmçinin koalisiya qoşunları üçün Əfqanıstana yüklərin 30 faizinin tədarükü baxımından strateji dəhlizdir". E. Aslanov yazır: "Mən sizin jurnalınızın Azərbaycanın siyasi həyatında baş verən hadisələri işıqlandırmasını alqışlayıram. Lakin nəşrinizdə dərc edilən "Seçkilərə necə hazırlaşmamaq" məqaləsi ilə bağlı müəyyən narahatlığı ifadə etmək istərdim. Məqalədə Azərbaycanda vəziyyət ağ-qara rənglərdə təsvir edilib". PA-nın şöbə müdiri bildirib ki, Bakı tam mənada dərk edir ki, kütləvi informasiya vasitələrinin fəaliyyəti məhdudlaşdırılan zaman məlumatlandırma prosesi daraldılır və bu halda vətəndaşların hüquq və azadlıqları pozula bilər.

E. Aslanov yazır: "Biz informasiya azadlığını dəstəkləyir və müdafiə edirik. Azərbaycan hökuməti ölkənin gündəlik qəzet, jurnal və digər KİV-nə müdaxilə etmir". E. Aslanov xüsusilə qeyd edir ki, Dünya İqtisadi Forumunun hər il tərtib etdiyi hesabata görə, 2013-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb: "Bu, bir çox müsbət amillərdən, o cümlədən yoxsulluq səviyyəsinin 50 faizdən (2001-ci il) 6 faizədək (2013-cü il) düşməsindən xəbər verir".

PA-nın şöbə müdiri yazır ki, azad və ədalətli seçkilər demokratiyanın təməl daşıdır: "Seçkilərin nəticələrindən bir çox şey asılıdır: ölkənin davam edən iqtisadi artımı və onun regional təhlükəsizliyi. Məhz buna görə də biz bu seçkilərin şəffaf, azad və ədalətli keçməsi üçün mümkün olan hər şey etməyə çalışırıq". Məqalədə qeyd edilir ki, Azərbaycan Avropa inteqrasiyasına real sadiqliyini dəfələrlə nümayiş etdirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıldı - VİDEO
20:32 10.05.2025
İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıldı - VİDEO
Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır
20:23 10.05.2025
Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır
Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır
20:16 10.05.2025
Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır
Ağstafada iki maşın toqquşdu - Xəsarət alanlar var
20:06 10.05.2025
Ağstafada iki maşın toqquşdu - Xəsarət alanlar var
Mingəçevirdə yas-yasa qarışdı
19:50 10.05.2025
Mingəçevirdə yas-yasa qarışdı
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
19:33 10.05.2025
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
19:18 10.05.2025
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
19:06 10.05.2025
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
19:01 10.05.2025
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
18:57 10.05.2025
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
18:51 10.05.2025
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
18:44 10.05.2025
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
18:41 10.05.2025
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
18:35 10.05.2025
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
18:31 10.05.2025
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
18:19 10.05.2025
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var