Elnur Aslanov: “Beynəlxalq vasitəçilər Ermənistanı konstruktiv mövqeyə gəlməyə məcbur etməlidirlər”

Elnur Aslanov: “Beynəlxalq vasitəçilər Ermənistanı konstruktiv mövqeyə gəlməyə məcbur etməlidirlər”
SİYASƏT
11:21 17.05.2013
1859

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin beyin mərkəzlərinin beynəlxalq forumunun Azərbaycanda keçirilməsi təsadüf deyil.

Çünki Azərbaycan hazırda bölgənin və dünyanın əsas müzakirə məkanlarından birinə çevrilib. Ölkə prezidentinin də qeyd etdiyi kimi, Azərbaycansız bu bölgədə, bu regionda heç bir layihə həyata keçirilə bilməz. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkil etdiyi 2 günlük “Şərq-Qərb Strateji Körpüsü: QDİƏT Regionunda Təhlükəsizlik, İnkişaf və İnteqrasiya” adlı beynəlxalq forumun açılış mərasimində çıxışı zamanı Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiriElnur Aslanovbildirib. PA rəsmisi qeyd edib ki, o, 2 günlük tədbirin çox önəmli, faydalı və səmərəli olacağı qənaətindədir. E.Aslanovun bildirdiyinə görə, QDİƏT-in yaranmasından 21 il keçir və bu məkan ötən illər ərzində təkcə Qara dəniz hövzəsini deyil, Xəzər hövzəsini də əhatə edir: “Ötən illər ərzində Qara dəniz hövzəsinin coğrafiyası genişlənərək təkcə həmin məkanla məhdudlaşmayıb. Artıq Qara dənizdən başlayaraq Xəzər hövzəsinə qədər geniş bir coğrafi məkan göz önünə gəlir. Bu region artıq geostrateji bir məkana çevrilib. Təsadüfi deyil ki, Qara dəniz hövzəsi ölkələrinə nəql olunan karbohidrogen ehtiyatlarının əsas istehlakçısı Azərbaycandır. Odur ki, 2 günlük tədbirdə həm bu məsələ, həm nəqliyyat dəhlizi məsələsi, həm də Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələrində yaşanan etnik münaqişələr müzakirə mövzusu olacaq”. Cənubi Qafqaz əhalisinin 65 faizini, bu bölgənin iqtisadiyyatının isə təxminən 70 faizdən çoxunu Azərbaycanın payına düşdüyünü qeyd edən E.Aslanov bildirib ki, Azərbaycanın iştirakı olmadan bu gün bu bölgədə hansısa bir layihə həyata keçirilə bilməz: “Lakin çox təəssüflər olsun ki, Qara və Xəzər dəniz hövzəsi etnik separatizm meylləri ilə “zəngin” bir məkana çevrilib. Təxminən 25 ilə yaxındır ki, Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb, torpaqlarının 20 faizi işğal altındadır və bu işğal faktı Ermənistanın qeyri-konstruktivliyi üzündən bu gün də davam etməkdədir. Ermənistanın bu illər ərzində qeyri-konstruktiv mövqeyi sülhün, sabitliyin yaranmasına imkan vermir. Onu da qeyd edim ki, bu gün işğalçı Ermənistanı iqtisadi və siyasi cəhətdən tam müstəqil dövlət hesab etmək olmaz”. E.Aslanov vurğulayıb ki, hər il bu ölkəni ən azı 100 minlərlə insan tərk edir, ölkə iqtisadiyyatı çökmə ərəfəsindədir: “Ümumiyyətlə, bu gedişlə bir neçə ildən sonra Ermənistanın bir dövlət olaraq mövcudluğu belə sual altında ola bilər. Bu ölkənin çökməsi gözləniləndir. Bu baxımdan hesab edirik ki, nəhayət, beynəlxalq aləm, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan vasitəçiləri Ermənistanı konstruktiv mövqeyə gəlməyə məcbur etməlidirlər”. Onun fikrincə, vasitəçilər öz təzyiq rıçaqlarını işə salmalıdırlar ki, Ermənistan nəhayət sülhə gəlməyə məcbur olsun və bu bölgədə sülh və əmin-amanlığın yaranmasında iştirakçı bir dövlətə çevrilsin: “Biz danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıyıq və hələ də bundan ümidlərimizi itirməmişik. İstəyirik ki, 25 ilə yaxın davam edən münaqişə sülh yolu ədalətli həllini tapsın. Ancaq bu variant mümkün olmasa, Azərbaycan beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək digər vasitələrdən istifadə edə bilər. Buna bizim böyük potensialımız var. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütövlükdə dövlət büdcəsinə bərabərdir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
Vüsalə: Sənətkarı verilişə çağırıb elə adamla otuzdururlar ki…
19:25 02.05.2025
Vüsalə: Sənətkarı verilişə çağırıb elə adamla otuzdururlar ki…
Makron Papa seçkilərinə təsir etməyə çalışmaqda şübhəli bilinib
19:10 02.05.2025
Makron Papa seçkilərinə təsir etməyə çalışmaqda şübhəli bilinib
Əməkdar artist: Sənətkar adam efir-efir gəzməz
18:59 02.05.2025
Əməkdar artist: Sənətkar adam efir-efir gəzməz
"Real" Portuqaliya klubunun müdafiəçisi ilə maraqlanır
18:47 02.05.2025
"Real" Portuqaliya klubunun müdafiəçisi ilə maraqlanır
Şolts "Almaniya üçün Alternativ" partiyasını qadağan etməyə tələsməməyə çağırıb
18:34 02.05.2025
Şolts "Almaniya üçün Alternativ" partiyasını qadağan etməyə tələsməməyə çağırıb
Abdolbari Gozalın yerinə o təyin olundu - FOTO
18:31 02.05.2025
Abdolbari Gozalın yerinə o təyin olundu - FOTO
İranın cənub-şərqində son altı ayda 250 silahlı zərərsizləşdirilib
18:26 02.05.2025
İranın cənub-şərqində son altı ayda 250 silahlı zərərsizləşdirilib
Çili sahillərində 7,4 maqnitudalı zəlzələ baş verib
18:16 02.05.2025
Çili sahillərində 7,4 maqnitudalı zəlzələ baş verib
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
18:01 02.05.2025
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
6 aprel imtahanlarının nəticələri - Ən yüksək balı o topladı
17:46 02.05.2025
6 aprel imtahanlarının nəticələri - Ən yüksək balı o topladı
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
17:26 02.05.2025
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
17:02 02.05.2025
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:00 02.05.2025
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
16:54 02.05.2025
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM