Elnur Aslanov: 'Ermənistan rəhbərliyinin terrorçuluq siyasəti yeni inkişaf mərhələsinə qədəm qoyub'

Elnur Aslanov:
SİYASƏT
11:20 08.07.2013
1725
“Moldova ombudsmanı Aureliya Qriqoriuya təzyiq və təhdidlər göstərdi ki, Ermənistan terror siyasəti yürüdür”.

APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov “Qafqazda münaqişələr: tarix, müasirlik və nizamlanma perspektivləri” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Moldova ombudsmanının Xocalı soyqırımı ilə bağlı ədalətli bəyanatına erməni tərəfinin reaksiyası, bunun ardınca başlanan təqiblər və Aureliya Qriqoriuya İrəvanda edilən təzyiqlər göstərdi ki, Ermənistan rəhbərliyinin yürütdüyü terrorçuluq siyasəti özünün yeni inkişaf mərhələsinə qədəm qoyur”.

Elnur Aslanovun sözlərinə görə, bir neçə gün əvvəl Moldova ombudsmanının İrəvanda üzləşdiyi çətinliklər Ermənistan rəhbərliyinin yürütdüyü siyasətin terrorçuluğun açıq forması olduğunu söyləməyə imkan verir. O, Azərbaycan rəhbərliyinin Xocalı soyqırımının beynəlxalq birlik tərəfindən tanınması siyasətini davam etdirəcəyini bildirib: “Xocalı soyqırımı Azərbaycan xalqının qəlbində böyük, qanayan yaradır. Xocalıda həlak olmuş insanlar əsl vandalizm aktı ilə üzləşiblər”.

Elnur Aslanov qeyd edib ki, Avropa institutları Moldova ombudsmanının Ermənistanda üzləşdiyi situasiya ilə bağlı öz prinsipial mövqelərini ifadə etməlidir: “Əgər hansısa ölkədə digər ölkənin vətəndaşının hüquqları pozulursa, o zaman Avropa Parlamentinin deputatları toplaşmalı və bu məsələyə münasibətini ifadə etməlidir. Avropa Parlamenti insan haqlarının müdafiəsinin tərəfdarı olduğunu, ikili standartlar siyasəti yürütmədiyini nümayiş etdirməlidir. Biz Avropa Parlamentindən bu addımı gözləyirik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
15:18 10.03.2026
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
15:18 10.03.2026
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:09 10.03.2026
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
15:04 10.03.2026
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Naxçıvanda  pirotexniki vasitələr satan şəxslər saxlanıldı
15:00 10.03.2026
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
14:42 10.03.2026
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"