Elnur Aslanov: Freedom House-un Dağlıq Qarabağı ayrıca vahid kimi göstərməsi münaqişənin həllinə əngəldir

SİYASƏT
09:30 28.01.2014
1074
Freedom House təşkilatının öz məruzələrində Dağlıq Qarabağı ayrıca vahid şəklində təqdim etməsi BMT və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səylərinə maneçilik törədir.
AZXEBER.COM-un verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Twitter sosial şəbəkəsindəki mikrobloqunda yazıb.
E.Aslanovun fikrincə, artıq fakt kimi demək mümkündür ki, Amerikanın Freedom House təşkilatı dünya ictimaiyyəti qarşısında beynəlxalq hüququ tanımayan qurum kimi çıxış etməkdədir.
“Freedom House təşkilatının Dağlıq Qarabağı “qismən azad” adlandırması əsl rüsvayçılıqdır. Bu dezinformasiya artıq sözügedən qurumun az qala firma nişanına çevrilib. Dağlıq Qarabağın bu cür təqdim edilməsi etnik təmizləmə və təcavüzkarlığı dəstəkləmək cəhdidir.
Dağlıq Qarabağın ayrıca vahid kimi qələmə verilməsi də öz növbəsində, separatçılığa haqq qazandırmaq kimi qiymətləndirilməlidir” - deyə o bildirib.

OXŞAR XƏBƏRLƏR