Elnur Aslanov: 'Ölkədə bir ssenari var - o da Prezident İlham Əliyevin müəyyənləşdirdiyi ssenaridir'

SİYASƏT
18:15 13.06.2013
2067

“İrəli” İctimai Birliyi hər zaman ölkədə gedən proseslərdə fəal iştirak edib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə “İrəli” İctimai Birliyinin III hesabat konfransında çıxışı zamanı Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib:“İrəli” öz fəaliyyəti ilə göstərdi ki, ölkədə bir ssenari var - o da Prezident İlham Əliyevin müəyyənləşdirdiyi ssenaridir”.Onun sözlərinə görə, bu ssenarinin əsasında Azərbaycanı inkişaf etdirmək, Azərbaycan torpaqlarını qaytarmaq, Azərbaycan vətəndaşlarının firavan həyatını təmin etmək dayanır.E.Aslanov qeyd edib ki, bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvlərindən biri, digər tərəfdən nüfuzlu beynəlxalq təşkilatlarda mühüm yer tutan, Şərqlə Qərbi birləşdirən, Şimalla Cənub arasında çox önəmli rol oynayan enerji və nəqliyyat dəhlizləri rolunu üzərinə götürən bir dövlətdir.Prezident Administrasiyasının şöbə müdiri Azərbaycanın artıq kredit alan ölkədən, başqa dövlətlərə kredit verən donor ölkəyə çevrildiyini qeyd edib.Onun sözlərinə görə, əgər həmin ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 500 manat idisə, bu gün 2400 manata çatıb:“Bu günə qədər Azərbaycana yatırılan investisiyaların həcmi 130 milyard dollara bərabərdir. Azərbaycanın iştirakı olmadan Cənubi Qafqaz regionunda heç bir layihə həyata keçirilə bilməz. Regionda ÜDM-in həcminin 80%-i Azərbaycanın payına düşür”.E.Aslanov qeyd edib ki, uğurlarla yanaşı, problemlər də mövcuddur. O, ən başlıca problemin isə Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirib:“Ölkə Prezidenti dəfələrlə bəyan edib ki, münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesini davam etdirməyə hazırıq. Lakin nəticə olmadığı halda, Azərbaycan silah gücünə də olsa öz torpaqlarını geri qaytaracaq. Çünki Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və belə olaraq da qalacaq” - deyə, PA rəsmisi əlavə edib.Çıxışında “İrəli” İctimai Birliyinin Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməsini yüksək qiymətləndirən E.Aslanov bildirib ki, bununla siz Azərbaycanın parlaq, gözəl gələcəyini müəyyənləşdirirsiniz:“İnanıram ki, sizin bundan sonrakı fəaliyyətiniz də Azərbaycana, xalqımıza xidmətə yönələcək”.

OXŞAR XƏBƏRLƏR