Elnur Aslanov: 'Qlobal forumlara ev sahibliyi etməsi Azərbaycanın regionda və dünyada artan nüfuzunu göstərir'

SİYASƏT
13:40 02.09.2013
1372

Son illər Azərbaycan bir çox qlobal əhəmiyyətli forumlara ev sahibliyi edib.

AZXEBER.COM xəbər verir ki, bunu “Dəyişən Dünyada Cənubi Qafqaz” ikinci beynəlxalq forumun açılışında çıxışı zamanı Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov dilə gətirib.PA rəsmisinin qeyd etdiyinə görə, həmin forumlar zamanı Azərbaycanı, o cümlədən, regionu və dünyanı maraqlandıran bir sıra mühüm əhəmiyyətli məsələlər müzakirə edilib.E.Aslanov qeyd edib ki, bu məqamın özü Azərbaycanın regionda və bütövlükdə dünyada artan nüfuzunun çəkisinin göstəricisi sayıla bilər.“Bu gün dünyada müxtəlif ölkələrin qarşısında bir sıra çağırışlar, o cümlədən sülhün və sabitliyin təmin edilməsi məsələləri durur. Bu isə öz növbəsində güclü ekspert təhlilini tələb edir.Bu baxımdan dünyanın aparıcı beyin mərkəzlərinin bu çağırışlarla əlaqədar bir araya gəlməsi, əməkdaşlıq etməsi olduqca vacibdir. Odur ki, bu gün açılışı başlayan ikinci beynəlxalq forumun gedişində çox maraqlı müzakirələrin, diskussiyaların şahidi olacağıq”.

OXŞAR XƏBƏRLƏR