Elnur Aslanov: ‘Sosial şəbəkələrdə intellektual diskussiya boşluğu var’

SİYASƏT
11:50 19.12.2013
1012

Virtual məkanlarda da Azərbaycanın mövqeyinin qorunması, müdafiəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırma, reaksiyalar çox mühümdür.

AZXEBER.COM-un verdiyi xəbərə əsasən, bunu Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiriElnur AslanovASAN Könüllüləri Gənclər Təşkilatının Birinci Qurultayında çıxışı zamanı deyib. “Mən bunu açıq söyləyəcəm, sosial şəbəkələrdə intellektual diskussiya boşluğu var, Azərbaycan qarşı əsassız ittihamlara gənclərimiz tərəfindən verilən cavabları, reaksiyaları yetərli saymaq olmaz. Azərbaycana qarşı çirkin kampaniya aparmaq istəyənlər, bu niyyətə düşənlər məhz reaksiyalardan ehtiyat edib geri çəkilməlidir”. E.Aslanov qeyd edib ki, təşəbbüskarlıq bu məsələdə öndə olmalıdır, bu cür əsassız ittihamlara gənclərimiz heç bir dövlət qurumunu, məmurunu gözləmədən özləri cavab verməlidir. “Cavabsız deyilik axı? Şükürlər olsun ki, deməyə tutarlı sözümüz də var, dilimiz də. Mən dilimiz deyəndə, həm də xarici dilləri bilənlərin sayının artmasını nəzərdə tuturam. Erməni lobbisinin təxribatçı fəalliyyət dairəsini hər bir imkandan istifadə edərək daraltmaq, onları ifşa, etdikləri əməllərə görə peşman etmək lazımdır. Dünyada ən çox müraciət edilən 5 internet səhifəsindən biri hesab olunan Vikipediyanı götürək. 30 milyondan çox ensiklopedik məqaləyə malik Vikipediya 286 dildə fəaliyyət göstərir, hər ay 100 milyonlarla istifadəçi oradan məlumatlar əldə edir. Mən nəzər yetirdim, Vikipediyanın Azərbaycan bölməsində 65 800 istifadəçi fəaliyyət göstərsə də, onlardan cəmisi 500-ə yaxını fəal istifadəçidir. Bu, azdır”. PA rəsmidi vurğulayıb ki, Azərbaycan gəncləri uzun əsrlərlə ölçülən dövlətçilik tarixini yaxşı bilməlidir. “Burada olan gənclərin əksəriyyəti fərqli Azərbaycanda dünyaya gəliblər. Onlar Azərbaycan dövlətçiliyinin elə ən yeni tarixdə- 90-cı illərdə hansı təhlükələr qarşısında qaldığını, hansı çətin yollardan keçdiyini görməyiblər. Azərbaycanın son 20 ildə haradan hara gəldiyini düşündükdə, mənzərə aydın olar. Bu, şərəfli bir yoldur! Azərbaycan gəncləri bütün mümkün platformalardan ölkənin təbliği üçün istifadə etməlidir. Heç bir informasiya cəbhəsini kənarda saxlamaq olmaz”. O, bildirib ki, bu gün Azərbaycana qarşı şəbəkə müharibəsi aparılır. “Bu müharibənin qısaca söyləsəm, sxemi belədir: 1- milli dövlət, onun lideri, siyasi elitası hədəf götürülür; 2- xalq, onun əsrlərlə yaratdığı, yaşadığı milli dəyərlərin dəyərsizləşdirilməsinə cəhdlər edilir; 3- müstəqilliyimizi, suverenliyimizi zəiflətməyə, siz gəncləri öz məkrli niyyətlərində alət etməyə hesablanan niyyətlər üçün fürsətlər axtarılır; Bu mənada müşahidə olunanları belə qruplaşdırmaq olar: Birincisi, ikili standartlar- çox vaxt görürük ki, Azərbaycana qarşı ikili standartlar tətbiq edilir. Bunu ölkə həyatında əlamətdar, tarixi hadisələr olan dövrlərdə daha intensiv hiss etmək olur. İkincisi, Azərbaycana qarşı formalaşdırılan streotiplər- burada da yenə erməni lobbisinin böyük rolu duyulur, Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır, dezinformasiya yolu ilə yalnış rəylər formalaşdırılır. Üçüncüsü, Azərbaycanın müstəqil siyasətinin bəzi qüvvələr tərəfindən bəyənilməməsi, həzm edilməsi- Azərbaycanı özlərindən asılı vəziyyətə salmaq istəyənlərin hər dəfə uğursuzluğa düçar olması onları bəzən az qala qisas almağa sövq edir”. Onun sözlərinə əsasən, bütün bunların qarşısında güclü vətəndaş amili, dövlət-vətəndaş birliyi ən böyük səddir. Çünki Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, ona xidmət dayanır. “Azərbaycan dövlətinin və xalqının milli maraqları hər şeydən üstün tutulur. Gənclər də milli maraqların müdafiəsi üçün hər cür fədakarlığa getməyə hazır olmalıdır, Vətənin müstəqilliyi hər şeydən üstündür. Cənab Prezident gənclərlə görüşündə hər dəfə ifadə etdiyi kimi, biz xoşbəxtik ki, müstəqil, güclü, özünü təmin edə bilən və inkişafda olan dövlətdə yaşayırıq. Bizdən əvvəlki nəsillər istiqlal arzuları, nisgili ilə yaşayıblar, ancaq onlara bu günləri görmək nəsib olmayıb. Ona görə də müstəqilliyimizin qədrini bilməliyik, onu daha da möhkəm etməliyik. Bu gün Azərbaycan bölgədə sabitlik, təhlükəsizlik məkanı kimi tanınır, regionda sabitləşdirici rola malikdir. Lakin təəssüflər olsun ki, Ermənistanın Azərbaycan qarşı təcavüzü, işğalçılıq, terrorçuluq siyasəti bütün bölgəni, Avropa məkanını ciddi təhdid altında saxlayır. Biz bu işğalla barışmırıq”. E.Aslanov bəyan edib ki, təcavüzkar siyasət yürüdən Ermənistanın təkcə Azərbaycan və Türkiyə tərəfindən deyil, digər ölkələr, beynəlxalq və regional təşkilatlar tərəfindən də cəzalandırılmasını istəyirik. “BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən bir neçə saat içərisində icra olunduğu halda, 20 ildir ki, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı qətnamələr kağız üzərində qalır, icra edilmir. Azərbaycan ədalətin bərpa olunması üçün bütün mümkün olanları edir və edəcək. Ən böyük güzəştimiz bu illər ərzində aparılan danışıqlardır. Ərazi bötüvlüyümüzün bərpa olunması üçün digər yollar heç vaxt istisna edilməyib, bu, bizim suveren hüququmuzdur və bu hüququ özümüzdə saxlayırıq. Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Ancaq bunun üçün Ermənistan danışıqları pozmamalı, konstruktivlik nümayiş etdirməlidir. Yalnız belə olan halda sülh sazişi üzərində işə başlamaq mümkün olacaq”. O qeyd edib ki, indidən post-konflikt dövrünə də hazır olmalıyıq. “Gec-tez bu münaqişə həllini tapacaq, başqa cür ola da bilməz. Getdikcə güclənən Azərbaycanın qarşısında Ermənistan, onun arxalandığı qüvvələr uzun müddət dayana bilməyəcək. Artıq bu reallıqdır ki, Ermənistan sürətlə boşalır. Biz bölgədə dearmenizasiya prosesinə şahidlik edirik. Ermənilər yoxsulluqdan Cənubi Qafqazı tərk edirlər, başqa ölkələrə qaçırlar. İşğalçı Ermənistanın bu ağır duruma düşməsinin səbəbkarı Azərbaycandır, bunu gizlətmirik, İrəvanın təcavüzkar siyasəti davam etdikc, bu proses dayanmayacaq. Biz siz gənclərə böyük ümidlərlə və gələcək həmkarlar kimi baxırıq. İnanırıq ki, bundan sonra da gözəl təşəbbüslərə imza atacaqsınız, fəallığınızı daha da artıracaqsınız, harada olmanızdan asılı olmayaraq Azərbaycanın haqq səsinə çevriləcəksiniz. Bu səs internetdə daha gur gəlməlidir, Azərbaycanı təbliğ edən yeni internet səhifələri yaradılmalıdır. Bu, daha çətin deyil. Azərbaycan əhalisinin 70%-ə yaxını internetə çıxışa malikdir, bu rəqəm getdikcə daha da artacaq. Azərbaycanda internet azaddır, ölkədə elektron demokratiya mövcuddur. Elektron hökumət, ASAN xidmət, elektron imza, asan imza, müxtəlif polemikalar üçün açıq tribunalar- bütün bunlar Azərbaycanın bugünkü reallıqlarıdır. İnternet artıq dünyada 5-ci hakimiyyət kimi qəbul olunur. Hər bir gənc bu resursdan faydalı, səmərəli istifadə etməlidir. Azərbaycan gəncləri Vətənə könüldən bağlıdır, bax bu əzmkarlıq, könüllülük, fədakarlıq Müstəqil Azərbaycanın işıqlı sabahlarını yaradacaq”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır

15:57 12.02.2025

Övladını çöpçüyə aparan valideynlərə ÇAĞIRIŞ