Elnur Aslanov Zori Balayanın məktubuna münasibət bildirdi

SİYASƏT
15:00 14.10.2013
1433

Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Zori Balayanın Rusiya prezidenti Vladimir Putinə erməni KİV-də dərc olunan açıq məktubunu şərh edib:

“Zori Balayanın pozğun və xəstə təxəyyülünün növbəti nəticəsini şərh etmək çətin məsələdir. Birincisi, axmaq insanla onun inancları ilə bağlı mübahisə edərkən, onun səviyyəsinə düşmək ehtimalı var və bu səviyyədə onun təcrübəsi daha çoxdur.İkincisi, bu qədər boş cəfəngiyat və ağ vərəq üzərində hətta “Gülüstan” və “Türkmənçay” müqavilələrinə gedib çıxan, Zori Balayan kimi qudurğan millətçilərdən başqa heç kimin eşitmədiyi və təbii ki, inanmadığı paralel tarixin yaradılması – günahsız, dinc sakinlərin, günahsız qadın və uşaqların vəhşicəsinə qətlinə bəraət qazandıran erməni çələngidir.

Üçüncüsü, Zori Balayanın Rusiya prezidentinə məktub yazan yox, dəlixana palatasının divarlarında şəkil çəkən vaxtıdı. Zori Balayan bu əldəqayırma məktubunda tarixi faktları, o cümlədən beynəlxalq səviyyədə qəbul edilən Xocalı soyqırımı faktını təhrif və təkzib etməyə çalışır.

Bu mənasız cəfəngiyatı bir kənara qoyaraq, Zori Balayanın boş-boş söhbətlərinə ürəkdən inanan bütün erməni millətçilərinə Monte Melkonyanın qardaşı Markar Melyonyanın “My Brother's Road: An American's Fateful Journey to Armenia” adlı kitabını oxumağı tövsiyə etmək olar. Burada erməni faşistlərinin dinc Azərbaycan əhalisinə qarşı törətdiyi bütün vəhşiliklər nöqtə-vergülünə qədər təsvir edilir.

Dördüncüsü, bu cəfəngiyata nəinki kiminsə inanacağını, bunu həm də kiminsə oxuyacağını güman etmək sadəlövhlük olardı. Halbuki, Zori Balayan bunu özü də bilir.

Məyusedici fakt ondan ibarətdir ki, hələ alimləri demirəm, istənilən normal insanda ürəkbulanma refleksi yaradan bu cəfəngiyatı çox güman ki, erməni məktəblərində şagirdlərin beyninə yeridərək başıbəlalı erməni xalqının tarixi adı altında hər şeyə qarşı nifrət bəsləyən hannibalkimilər nəsli yetişdirirlər”.

Qeyd edək ki, Zori Balayan Vladimir Putinə açıq məktub yazaraq, növbəti dəfə tarixi təhrif edib. O Dağlıq Qarabağın Stalin tərəfindən Azərbaycana verildiyini iddia edib.

OXŞAR XƏBƏRLƏR