Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təyinat alıb.Bu barədə APA-ya nazirliyin mətbuat katibi Müşfiq Əmirov məlumat verib.E. Aslanov nazirliyin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub.