Bığlarını tumarla, udqun və monitora yaxın otur, Əlisahib! Çünki indi oxuyacağın sözlər sənin intellekt işığını yandıracaq, dünyagörüşünü artıracaq.
Dünyanı nə rəngdə görürsən? Sarı. Düzdür? Çünki "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovla mətbuat katibi Gündüz Abbaszadənin sənə hər iki gündən bir qonaq etdikləri pivənin də rəngi sarıdır. Həm də ona görə dünya sənə sarı rəngdə görünür ki, danışığınla ifraz elədiyin arasında heç bir fərq yoxdur.
Mən Əlisahib adlı jurnalisti 2010-cu ildə, "Neftçi"də fəaliyyətə başladıqdan sonra tanımışam. Həmin vaxta qədər nə barədə cızmaqara edib, kimə şər-böhtan atıb, bilmirəm. Bəlkə divar qəzetində yazıb, yaxud bacarığını tualet kağızlarının üzərində göstərib. Fakt budur ki, hər bir insan həyatının müəyyən dönəmində arxasına boylanır, keçmişini xatırlayır, yaxşı və ya pis işlərini saf-çürük edir. Mənə maraqlıdır, görəsən, Əlisahib keçmişi ilə bağlı hansı işlərlə öyünür? Polis sistemindən qovulmağı, yoxsa parlament seçkilərində öz rayonundan deputatlığa namizədliyini verib, rüsvay olmağı ilə? Görün, Azərbaycan cəmiyyəti hansı parazitlərin əlində qalıb! Hər halda, mən Dövlət Televiziyasında 17 illik fəaliyyətim ərzində sənin bığındakı yox, başındakı tüklərin sayı qədər olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, beynəlxalq nüfuzlu turnirlərdə olmuşam. Cənab prezidentdən müsahibə götürmək şərəfinə nail olmuşam. Təkcə "Qəbələ" klubunun prezidenti Tale Heydərovdan deyil, əksər federasiyaların, klubların, idman təşkilatlarının rəhbərlərindən, o cümlədən FİFA, UEFA, BOK prezidentlərindən müsahibə götürmüşəm, dünya ulduzlarından reportajlar hazırlaşmışam. Bəs sən nə iş görmüsən jurnalistikada, Əlisahib Süleymanov? Elə indi də London Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin üzvlərindən, olimpiyaçılarımızdan, eləcə də ulduz idmançılar Maykl Felps, Useyn Bolt, Kobi Brayant, Roje Federer, Mariya Şarapova və digərlərindən müsahibələr götürməklə, çəkilişlər aparmaqla məşğulam. Bəs sən nə sadalaya bilərsən? Görüb-görəcəyin, sənin üçün ən yüksək nöqtə Tahir Süleymanov olub. Gözlərini niyə döyürsən? Bəlkə sənin kimi, 20 yanvar faciəsinin ildönümündə spirtli içki qəbul edirəm, eyş-işrət qururam? Bukmeyker oyunlarını mənə nöqsan sayırsansa, yanılırsan. Heç olmasa, bu barədə yazanda özünün də futbol matçlarına pul qoyuluşları etdiyini unutmayaydın. "Kor kora kor deməsə, bağrı çatlayar". Yox, Əlisahib, sən Tahirin qucağının istisindən, Gündüzün pivəsinin təsirindən məst olmusan!
"Neftçi"də fəaliyyət göstərdiyim dövrdə vitse-prezident Tahir Süleymanovun səhvlərini şəxsən onun üzünə demişəm, həmişə cavabını yerində vermişəm. Bunu "Neftçi"də klub prezidentindən sıravi işçilərə qədər hamı bilir. Və ümumiyyətlə, mənim "Neftçi" ilə nə problemim ola bilər ki? Bu klubda çox dəyərli, hörmətini saxladığımız insanlar çalışırlar. "Neftçi"də çalışdığım zaman cavabdeh olduğum sahənin işini yerinə yetirmişəm və kimlərinsə sifarişi əsasında yazı yazıb, "Neftçi"yə ləkə yaxan sənin kimi ..cıqların cavabını vermişəm. Buna görə də təəssüflənmirəm. Səndə olmayan adi məntiqi işə salaq: əgər "Neftçi"dən öz xahişimlə getmişəmsə, mənim bu klubla problemim ola bilərmi? Yaxud 2 ay sonra ora qayıtmaq istəyərəmmi? Hər şeyi öz arşınınla ölçmə. İndiyədək məni işlədiyim heç bir yerdən qovmayıblar. Nə AzTV-dən, nə "Neftçi"dən, nə də "Space"dən...
Əgər mən kiməsə "tülkü" demişəmsə, bu, mənim həmin adamla şəxsi problemimdir. Hər halda, səndən fərqli olaraq, öz səhvimi başa düşüb, buna görə üzr istəməyi bacarıram.
Ümumiyyətlə, Tahir Süleymanovla bağlı yazıdan sənə nə dəxli? Niyə yuyulmamış çömçə kimi ortaya düşmüsən? Tahir sənin "boyfriend"indir, yoxsa sən onun "playboy"usan?! Heç olmasa yaxın keçmişi yada sal: Texniki Universitetinin qarşısında boynunu büküb gözləyirdin ki, indi Elnur Əşrəfoğlu gəlib, mənə "pəpə" verəcək. Onda mənə "atam" deyən kim idi? Gərək həmin vaxt sənə başqa şey verəydim...
Əlbəttə, qələmə aldığın yazının kimin tərəfindən sifariş olunduğunu yaxşı anlayıram. Sənin jurnalist savadın, qrammatika biliyin elə yazılarından görünür. Ey şikəst jurnalist, sən heç "da", "də" bağlayıcılarını da düzgün işlətməyi bacarmırsan. Yaltaqlıq ayda sənə maksimum əlavə 100 dollar qazandıracaq, nəticədə "Neftçi"dən verilən reklamın dəyəri 700 dollara qalxacaq. Amma bir halda ki, Tahir Süleymanova pulsuz vəkillik etmək eşqinə düşmüsən, yaxşı olardı ki, onun hüquqlarını qardaşının yanında qoruyasan. Axı, "Neftçi"nin vitse-prezidenti ata mülkünə görə öz doğma qardaşı tərəfindən məhkəməyə verilib. Tahiri müdafiə eləyirsənsə, deməli sən də onun tayısan! Tahirin biri Tahir!
Əlisahib Süleymanov, sənə birinci və sonuncu dəfə cavab yazdım. Ümidvaram ki, bundan sonra üfunət saçan ağzını birdəfəlik yumacaqsan. Onsuz da sənə bir daha cavab verməyə nə həvəsim var, nə də vaxtım. Əgər ağzını yummayacaqsansa, eyib etməz. Bakıda o qədər ağzı açıq kanalizasiya quyuları var ki...
Sən indi burnunu eşirsən, mən isə səndən fərqli olaraq, London Olimpiadasında iştirak edən ABŞ yığmasının məşhur basketbolçusu Ceyms Lebrondan müsahibə götürməyə gedirəm.
Ləhlü-lühlü!
Elnur ƏşrəfoğluOlimpiya.az