Elnur Hüseynov ‘Eurovision’a göndərilir? – ŞOK İDDİA

MAQAZİN
17:10 20.02.2015
3160

“O səs Türkiyə”nin qalibi Elnur Hüseynov Azərbaycanı bu il keçiriləcək “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək. 

Bu haqda Türkiyənin “Posta” qəzeti məlumat yayıb.

Qəzet bildirir ki, Elnur tamaşaçılardan 1 milyonun üzərində səs toplayaraq yarışmanın 4 illik tarixində rekord qırıb. Ayrıca ölkəsindən şad  xəbər alıb. 

Daha sonra qəzet iddia edir ki, azərbaycanlı səlahiyyətlilər “O səs Türkiyə”dəki performansı ilə diqqət çəkən Elnur Hüseynovu  mayda keçiriləcək “Eurovision” mahnı yarışmasına göndərməyə qərar verib”.

Qeyd edək ki, Elnur Hüseynov Samir Cavadzadə ilə birlikdə 2008-ci ildə “Day after day” mahnısı  ilə Azərbaycanı təmsil edib və  8-ci olub. 

***

“O səs Türkiyə”nin qalibi Elnur Hüseynovun “Eurovision”a göndərilməsi dəqiq deyil. Bu haqda  “İTV”dən verilən açıqlamada bildirib:

““Eurovision”a kimin gedəcəyi barədə  hələ ki, açıqlama verə bilmərik. Ölkəmizi təmsil edəcək şəxsin kimliyi dəqiq məlum deyil”.  (qafqazinfo)

OXŞAR XƏBƏRLƏR