Elnur Hüseynov yenidən “Beyaz Show”da - VİDEO

MAQAZİN
11:13 02.05.2015
3244

Azərbaycanı "Eurovision-2015"də təmsil edəcək Elnur Hüseynov Türkiyənin məşhur "Beyaz Show" proqramında qonaq olub.Aparıcı Bəyazit Öztürkonu "Eurovision"da həm Azərbaycanı, həm də Türkiyəni təmsil edəcək" deyə təqdim edib. Elnur yarışmada oxuyacağı "Hour of the Wolf" mahnısı və promo-turları haqda danışıb.Azərbaycan musiqisini sevdiyini deyən Bəyaz həmyerlimizə "Əgər bu səsə qiymət versələr, sən birinci olarsan" söyləyib. O, eyni zamanda bütün Avropada yaşayan türklərə çağırış edərək Elnura səs vermələrini istəyib.E.Hüseynovun ifasındansonra proqramın digər qonaqları onu tərifləyərək "yarışmada sənin kimi digər səs olduğuna inanmırıq" deyiblər. //axsam.az

OXŞAR XƏBƏRLƏR