Müğənni Elnur Məmmədov ilk dəfə övladı ilə fotosunu yayımlayıb.
AZXEBER.COM xəbər verir ki, müğənni "Zəfər bayramı" günü dünyaya gələn övladını ad günü münasibətilə təbrik edib:
"Allahın mənə ən gözəl hədiyyəsi, İnam oğlum, səni iki yaşın münasibətilə təbrik edirəm. Allah bütün balaları qorusun" - deyə o paylaşımında yazıb.
Qeyd edək ki, müğənni, 2011-ci ildə Pərvin adlı dayısı qızı ilə ailə qurub. Cütlük on il sonra övlad sahibi olub.
Aysel