Elnur Məmmədli ata olub

MARAQLI
13:14 30.11.2010
2217

 

 

Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli ata olub. Bu haqda Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadə məlumat verib. Onun sözlərinə görə, noyabrın 29-da Bakıdakı xəstəxanalardan birində Məmmədlinin oğlu dünyaya gəlib. Uşaq sağlamdır, normal çəkidə doğulub. Körpəyə Emin adı verilib. Qeyd edək ki, Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində qızıl medal qazanıb. //lent.az

OXŞAR XƏBƏRLƏR