Elnur Məmmədli dünyanın ən yaxşı 12-ci cüdoçusudur

Elnur Məmmədli dünyanın ən yaxşı 12-ci cüdoçusudur
İDMAN
09:40 19.01.2011
2539

“World Masters” seriyalı turnirin qalibi Elnur Məmmədli (81 kq) yanvar ayına olan reytinqində aktivindəki xalların sayını 608-ə çatdırıb. Cüdoçumuz bu nəticə ilə ötən ayla müqayisədə 24 pillə irəliləyərək 12-ci pillədə qərarlaşıb. “World Masters” seriyalı turnirin digər qalibi Elxan Məmmədov isə (90 kq) reytinq siyahısında 3-cü yerdə qərarlaşıb. Elxan Məmmədovun aktivində 1072 xal var. 

“World Masters” seriyalı turnirin bürünc mükafatçıları İlqar Müşkiyev 33-cü, Tərlan Kərimov isə16-cı pillədə yer alıb. Qadın cüdoçularımızdan Kifayət Qasımova 19-cu, RamiləYusubova isə 23-cü yerdə qərarlaşıblar.

 

OXŞAR XƏBƏRLƏR