Elnur Məmmədli düzəlmir ki, düzəlmir - VİDEO

İDMAN
02:21 02.09.2012
6025
Müğənni Abbas Bağırov Bakıdakı restoranlardan birində ad günü keçirib.Ad günündən görüntülər müğənninin YouTube portalındakı səhifəsində yerləşdirilib. Əvvəlcə onu qeyd edək ki, sənət yoldaşları Abbas Bağırovu şad günündə tək qoymayıblar. Məşhurlar Abbasın ad günündə o ki var oxuyub və oynayıblar.Oynamaq demişkən. Həmin oynamaq səhnələrindən birində gözümüz bir tanış simanı da gördü. O, müğənni deyil. Ümumiyyətlə, incəsənətlə heç bir əlaqəsi yoxdur. Söhbət 2008-ci ilin Olimpiya çempionu, 2012-ci ilin Olimpiadasında isə elə ilk görüşdəcə məğlub olan Elnur Məmmədlidir. Elnur Məmmədli də idmançı olduğunu unudub və artıq neçənci dəfədir sənət adamları ilə eyni məclislərdə görünür. Sənət adamlarını anlamaq olar. Onlar kef məclislərində də sənətləri ilə məşğul olurlar. Yəni, oxuyurlar, oynayırlar, əylənirlər… Bəs Elnur Məmmədli? Düşünmək olardı ki, Elnur Məmmədli Londondan qayıtdıqdan sonra idman salonundan çıxmayacaq, bir ay əvvəlki uğursuzluğunu unutdurmaq üçün ciddi cəhdlə çalışacaq. Amma görünür belə deyilmiş… /// merkez.az

OXŞAR XƏBƏRLƏR