Elnur Məmmədli özündənrazılığın qurbanı olub

İDMAN
11:47 03.08.2012
1814

Pekin olimpiyadasının qalibi London Olimpiyadasında isə ümidləri puça çıxaran Elnur Məmmədli məğlubiyyətinin səbəblərini "Xəzərxəbər"ə açıqladı.

Elnur Məmmədli olimpiyadaya ciddi hazırlaşdığını desə də, ilk görüşə ciddi yanaşmadığını etiraf edib.

Psixoloji hazırlıqla bağlı problemin olduğunu deyən olimpiyaçı idmanda belə halların olduğunu amma gələcəkdə yenə xalqımızı böyük uğurlarla sevindirəcəyinə inandığını deyib.

2012-ci il London Yay Olimpiya Oyunlarına 53 idmançı ilə qatılan Azərbaycanın 22 təmsilçisi artıq yarışlarda çıxışını başa vurub, bəziləri mübarizəni davam etdirir, əksəriyyəti isə hələlik turnirdə qüvvələrini sınamayıb. Yeganə uğurumuz isə hələlik bir bürünc medaldır ki onu da ağırlıqqaldırmada Valentin Xristov aktivimizə yazdırıb.

OXŞAR XƏBƏRLƏR