Elnur Məmmədliyə növbəti zərbə 'Azərbaycan'dan gəldi

Elnur Məmmədliyə növbəti zərbə
İDMAN
12:32 16.08.2012
6009
Qəzetin baş redaktoru Bəxtiyar Sadıqov Elnur Məmmədlini topa tutdu
“Addan və tituldan qorxmayaraq döyüşənlər qalib, asan qələbəyə inananlar isə məğlub olurlar!”
Rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın baş redaktoru Bəxtiyar Sadıqov London Olimpiyadasında iştirak edən idmançılarımız haqqında məqalə yazıb.
“Zəhmət, etimad və məsuliyyət” başlıqlı məqalədə məğlub olan idmançılarımız tənqid atəşinə tutulub. Bəxtiyar Sadıqov xüsusilə Elnur Məmmədlinin “yıxıb sürüyüb”: “Təəssüf ki, yarışlara hazırlıq mərhələsində kifayət qədər tər tökərək məşq etməyənlər, əvvəllər qazandıqları titullarına güvənərək asan qələbəyə bel bağlayanlarda vardı! Azərbaycan cüdoçuları London Olimpiya Oyunlarında ipponla məğlubiyyətə uğradılar! Bu məğlubiyyətin səbəbi nə idi?”
Bəxtiyar Sadıqov ad çəkməsə də, Cüdo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun da bostanına daş atıb: “Yəqin ki, idman mütəxəssisləri, sahəyə cavabdehlik daşıyanlar təhlil və araşdırma apararaq düzgün nəticələr çıxaracaq və müvafiq qərarlar qəbul olunacaq! Necə deyərlər, məsələnin bu cəhəti bizlik deyil! Bizi daha çox mənəvi amillər, etik prinsiplər düşündürür və narahat edir. Azərbaycan bayrağı altında yarışlara qatılan hər kəsin qazandığı nəticə onun ”şəxsi işi" sayılmır...
...Nədənsə London olimpiadasında tatami üzərinə çıxan cüdoçularımızda bir süstlük, gözlərində isə qorxu və məğlubiyyətlə barışmaq nişanələri sezilirdi! Onlarda fədakarlıq, tam gücü ilə mübarizə aparmaq istəyi müşahidə olunmurdu. Məşhur bir deyim var: dünənki işinə görə sağ ol, bugünkünə cavab ver. Pekin olimpiadasında Elnur Məmmədli qazandığı qızıl medalla özünə və Azərbaycana şöhrət gətirdi. Bu dəfə də Elnura böyük ümid bəslənirdi. Özü də “qızıl medal gətirməyə gedirəm” deyə vəd vermişdi. Amma... Ulduz xəstəliyi yaman pis şeymiş. Boks üzrə dünya çempionu və olimpiya oyunları mükafatçısı Ağasi Məmmədovu da cızığından çıxararaq başqa səmtə apardı. Yüksək ranqlı idmançılar üçün doğma yer “idman zalı” sayılır. O, siyasi tədbirlərdə, təntənəli mərasimlərdə, iaşə obyektlərində nadir hallarda görünməli, tamaşaçıları özünə həsrət qoymalıdır! Idmançının bədənindən zədə, tər qoxusu əskik olmamalıdır! Allah vergisinə və keçmiş uğura güvənib arxayınlaşmaq tezliklə məğlubiyyətə yuvarlanmaq deməkdir. Indi ildə 300 gün və gündə bir neçə dəfə məşq edən istedadlar qalib gəlirlər! Addan və tituldan qorxmayaraq döyüşənlər qalib, asan qələbəyə inananlar isə məğlub olurlar!..
...Görünür, bəzilərini çox əzizləmiş, qədərindən artıq sevmişik!".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək