Tanınmış müğənni Elnur Məmmədov yeni layihəsini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, müğənninin yeni mahnısı "İlahi Amin" adlanır.
Mahnının klipi Məkkə şəhərində Kəbənin ətrafında çəkilib.
Mahnının aranjmanı Rasim Əsgərova, musiqisi müğənninin özünə, sözləri isə Fərahim Sadıqova aiddir.
Müğənni ifasını Ramazan ayında oruc tutan bütün müsəlmanlara hədiyyə edib.
Həmin klipi təqdim edirik: