SpaceX və Tesla-nın baş direktoru İlon Mask Twitter-də 1,5 milyon hesabın bağlanacağını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Mask sosial media platformasına gətirdiyi iki yeni xüsusiyyəti izləyiciləri ilə paylaşıb.
Sosial media platforması Twitter-i aldığı gündən gündəmdən düşməyən SpaceX və Tesla-nın CEO-su, milyarder iş adamı İlon Mask bu gün yenidən diqqətçəkən açıqlamalar verib.
Bu barədə Twitter hesabından açıqlama verən Mask sosial media platformasındakı 1,5 milyon hesabın bağlanacağını açıqlayıb.
İstifadəçilər isə bu qərara mənfi rəy bildirərək "Bəs hansı hesablar bağlanacaq?" - sualını veriblər.
Mask bu sualı cavablandırıb və bağlanacaq hesabların uzun müddətdir daxil olmayan və paylaşılmayan hesablar olacağını bildirib.
Twitter-də izləyicilərinə 2 yeni xüsusiyyət müjdəsini də verən məşhur milyarder ilk olaraq Twitter hesabının real vəziyyətini göstərəcək bir proqram yeniləməsi üzərində işlədiyini deyib. Bu yeniləmə ilə hesabın altında olub-olmadığını görəcəyik.
Daha sonra o, inkişaf etdirdikləri yeni izləmə sistemi ilə tvitlərin videolara baxdığı kimi görünəcəyini açıqlayıb.
Yeni sistem sayəsində insanlar öz postlarını neçə nəfərin gördüyünü görə biləcəklər.
Mikayıl