Dünyanın aparıcı media qurumlarından olan "New York Times” Tesla, X və SpaceX şirkətlərinin sahibi Elon Mask haqqında geniş dosye hazırlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qəzet Maskın dünya liderləriylə sıx əlaqələr qurduğunu yazıb.
Mask öz siyasətini həyata keçirmək və biznes imperiyasını genişləndirmək üçün Argentina lideri Xavyer Milei və Hindistanın baş naziri Narendra Modi də daxil olmaqla bəzi dominant dövlət başçılarından ibarət bir toplum hazırlayıb.
"Argentina lideri Maskın dövlət başçılarından ibarət bir komanda ilə əlaqələrin inkişaf etdirilməsi modelinin bir hissəsidir və bu əlaqələrin, onun şirkətləri və özü ilə açıq şəkildə faydalananları var", - deyə məqalədə yazılıb.
Anonim mənbələr Maskın 2010-cu illərdə ABŞ-nin o zamankı prezidenti Barak Obama ilə yaxın əlaqələr qurduğunu və federal hökumətdən dəstək və razılaşmalar ala bildiyini bildirib.
Maskın Fransa Prezidenti Emmanuel Makron kimi adlarla sıx əlaqə saxladığı da xatırladılıb.
"Populizm və millətçilik yayıldıqca, Mask Çində Si Cinpinə rəğbət bəsləyib və İsraildə Benyamin Netanyahunu, Türkiyədə Ərdoğanı və İtaliyada Giorgia Melonini dəstəkləyib.