Elşad İskəndərov vətəndaşlar üçün açıq qəbul keçirəcək
SİYASƏT
16:02 20.05.2013
1729
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov may 24-də saat 12:00-da Gəncə şəhərindəki Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında vətəndaşlar üçün açıq qəbul keçirəcək.AZXEBER.COM-un Komitənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəbulda Gəncə ilə yanaşı, Ağstafa, Qazax, Şəmkir, Gədəbəy, Goranboy, Göygöl, Daşkəsən, Tovuz, Kəlbəcər rayonları və Naftalan şəhərinin sakinləri iştirak edə bilərlər.Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.Əlaqə üçün - DQİDK-nın bölgə şöbə müdiri: Firdovsi Kərimov