Elşad Xose və Dado saxlanıldı

Elşad Xose və Dado saxlanıldı
ŞOU-BİZNES
13:30 01.04.2015
3512
İki məşhur reper Elşad Xose və Dado (Səid Əliyev) ötən gecə saxlanılıb.
Sivil.az-ın məlumata görə, hər iki reper saxlanılarkən üzərlərindən narkotik maddə tapılıb.
Hazırda Elşad Xose və Dado Səbail rayon polis idarəsinin 39-cü polis bölməsində saxlanılır.
Səbail rayon polis idarəsinin 39-cü polis bölməsinin rəisi Urxan Şirinov faktla bağlı açıqlama verib. Onun sözlərinə görə, ötən gecə Dado ləqəbli reper Səid Əliyev ictimai asayişi pozduğuna görə saxlanılıb. Elşad Xose isə Dado ilə dost olduğuna görə bölməyə gəlib.
Rəis hazırda faktın araşdırıldığını deyib.
OXŞAR XƏBƏRLƏR