DMP sədri E.Musayev Publika.Az-a açıqlamasında Bəxtiyar Hacıyevi heç vaxt rəqib görmədiyini söyləyib.O deyib: “Açığı, mən Bəxtiyarın statusundakı mənanı anlamadım. Niyə? Çünki bu adamla şəxsi zəmində həqiqətən heç bir problemim yoxdur. Real həyatda da iki-üç dəfə üz-üzə gəlmişəm, o da 2010 Parlament seçkiləri ərəfəsində. Səbəb də seçki marafonuna eyni dairədən qatılmamız olub. Yəni rəqib olmuşuq. Təbii ona rəqib demək mümkünsə. İndi bu qədər müddətdən sonra Elşən Musayev bu adamı niyə qıcıqlandırıb, niyə narahat edib, niyə status yazmağa vadar edib, anlamadığım budur”.E.Musayevin sözlərinə görə, Bəxtiyar Hacıyev iddia edir ki, siyasətçi efirdə veriliş aparıcısı ola bilməz: “Niyə? Xeyir ola? Bəlkə bundan sonrakı həyatımızı cənab Haciyevin fəlsəfəsinə uyğun quraq? Bəlkə bundan belə onun istəklərinə uyğun həyat tərzi seçək, hə? Siyasətçi Bəxtiyar kimi ağlına və ağzına gələni danışa bilər, 32 yaşında hələ də siyasi mövqeyini dürlü-dürüst müəyyən etməyə bilər, gedib hansısa festivalda əlində tar şəkil çəkdirə bilər, aparıcı ola bilməz? Bəxtiyar bilirmi ki, mən siyasətlə məşğul olanda o “tap-tapmaca”yarışmasının öncüllərindən idi? Kukla teatrında qabaq sırada oturub nağıl qəhrəmanlarına heyranlıqla tamaşa edirdi?”.Partiya sədri REAL Hərəakatının Ali Məclisin sədri Erkin Qədirlinin də onun haqqında yazdığı fikirlərə də cavab verib: “Bir məqama da toxunmaq istəyirəm. Həmin statusa gələn şərhlər içində Erkin Qədirlinin də cızma-qarası var. O vurğulayıb ki, Musayev BDU-nun Hüquq fakültəsində mənim tələbəm olub, amma hər yerdə deyir mən Erkin Qədirlini tanımıram. Elə isə hörmətli Erkin müəllimə bildirmək istəyirəm: 1 ay öncə sizinlə “Azadlıq” radiosunda debatda idik. Söhbətimin əvvəlində xüsusi tonla və altını çizərək vurğuladım ki, Erkin Qədirli mənim çox hörmətli müəllimlərimdən biri olub. O dəyərli nəzəriyyəçidir. Sadəcə, təəssüflə bildirirmək istəyirəm ki, bu gün siyasətdə radikal qüvvələrin fitvasına gedir və özünü bitirir. Ardınca da çox maraqlı debat oldu və yəqin Erkin müəllim də razılaşar ki, həmin debatı çox biabırçı şəkildə uduzdu. İndi bütün bu söhbətlərin üzərindən bu qədər müddət keçməsinə rəğmən Bəxtiyarın bir, Erkinin isə digər tərəfdən püskürdüyü kin və ironiya dolu mövqeyi anlamıram. Ən azından anlamaqda çətinlik çəkirəm”.