Həbsxanadan yeni çıxmış gənc Bəxtiyar Hacıyev 2010 Parlament seçkilərində onunla eyni dairədən millət vəkilliyinə namizəd olmuş bir çox tanınmış şəxsləri səs hesabı ilə geridə qoyduğunu vurğulayıb.
AZXEBER.COM-un məlumatına görə, çox keçməyib ki, Bəxtiyara sərt cavab gəlib. Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev gənc fəal haqda deyib ki, tam gücümlə mübarizə apardığım dairədə yüz Bəxtiyar birdən gəlsə yenə məndən daha arxa sırada qalar: “İlk gündən demişəm ki, nə seçkidə, nə də seçkidən sonra mənim Bəxtiyarla heç bir problemim olmayıb. Hətta İTV-də çox böyük anşlaqa səbəb olan 17 saylı dairənin o məşhur debatından sonra belə alicənab insanlar kimi bir-birimizə uğurlar arzulayıb ayrılmışıq. Və kim bilməsə də Bəxtiyar çox gözəl bilir ki, mənim bütün rəsmi təbliğatım İTV-dəki həmin 4 dəqiqəlik pulsuz efir vaxtından o yana keçməyib. Nə buklet paylamışam, nə görüş keçirmişəm, nə də platforma elan etmişəm. Odur ki, Bəxtiyar o siyahıdan mənim adımı çıxarsın və bilmiş olsun ki, tam gücümlə mübarizə apardığım dairədə yüz Bəxtiyar birdən gəlsə yenə məndən daha arxa sırada qalar”.