“Görünən budur ki, Emin Milli adlı bəsit, səviyyəsiz, uğursuz bir gənc anidən qəhrəman olmaq eşqinə düşüb.
Hətta buna inanılmaz cəhdlər də edir. Yazır-pozur, düzür-qoşur. Kükrəyir-coşur. Fəqət tək bir şeyi unudur ki, o ağılda və o görkəmdə biri qəhrəman olsa bu ölkənin bütün qəhrəmanları utandığından özünü asar. Həm də düşünmədən asar!”
Bu sözləri politoloq Elşən Musayev Emin Millinin “facebook”statusunda bu günki aksiya ilə bağlı yaymış olduğu fikirlərə münasibət bildirərkən söyləyib.
Politoloq daha sonra bunları əlavə edib: “Bu millətin uzun saçlı, incə görkəmli qəhrəmanlara ehtiyacı yoxdur. Bizim qəhrəmanlıq meyarlarımız da, etallonlarımız da çox fərqlidir. Və əgər Emin Milli pafoslu, əndrabadi, boğazdan yuxarı kəlmələri ilə önə və üzə çıxmağı planlayırsa, o zaman çox yanılır!
Ayrıca, bu gənc bloqerə xatırlatmaq istəyirəm ki, sənin dövlət başçısı haqqda bu tonda danışmağa nə yaşın çatır, nə haqqın, nə də ki ağıl imkanların! Uşaqsan sən! Dili topuq vuran uşaq! Odur ki, “Çaşma”!
Ola bilsin bu günə qədər səni susduracaq biriləri ilə qarşılaşmamısan. Önünə, qarşına elə özünə bənzər birilərini çıxardılıb! – Bax elə mənim təmsil oldunduğum iqtidar tərəfindən! Amma inan, dövran artıq tam dəyişib! Dövran başqa dövrandır! Hal – hazırda İlham Əliyevi müdafiə edəcək əsl gənclik girib meydana! O gənclik ki, sənin kimilərin yüz mislini, səni “girdirmə demokratiya oksigeni” ilə təmin edən mənbələri, ilhamvericiləri yerində oturtmağa hazırdır!
Və son olaraq Azərbaycan gəncliyinə səslənirəm: Bu ölkənin ictimai-siyasi həyatında baş verən ən kiçik hadisənin, mövzunun fonunda belə, öz siyasi məqsədlərini həyata keçirməyə can atan qüvvələrin fitnəsinə, çağırışlarına uymayın! Əsla uymayın! Qətiiyyən getməyin belələrinin arxasınca! Əksinə onları öz diqqətsizliyinizlə, etinasızlığınızla mənəvi anlamda tərs silləyə qonaq edin! Çünki layiq olduqları budur”.