Elşən Musayev: 'Hamı dirəşib ki, özüm olacam Prezident' - AÇIQLAMA

Elşən Musayev:
SİYASƏT
17:41 13.05.2013
2792

Öz uğursuz fəaliyyətlərinə, eyni zamanda çoxdan təqdim etmələri gərəkən platformaya, ideyalara deyil, Azərbaycan tarixindəki şərəfli bir günə istinad etmək, sözün əsl mənasında bu insanların psixoloji problemindən xəbər verir.

Yəqin bununla özlərinə təlqin və sübut etmək istəyirlər ki, biz də eyni tarixi təkrarlaya bilərik.Ya da kimlərsə bu yalnış həqiqətə inandırıb onları.

Elədirsə unudurlar ki, nə İbrahimbəyovdan Rəsulzadə, nə Namazovdan Xoyski, nə Qəmbərdən Hacınski, nə də Kərimlidən Mehmandarov çıxar.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev “Milli Şura“adlanacaq qurumun təqdimatının 28 may tarixində gerçəkləşəcəyi ilə bağlı Eldar Namazovun verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

Politoloq daha sonra bunları qeyd edib: “Guya bu təqdimat 29, ya 30 mayda olsaydı nə dəyişəcəkdi ki? Yoxsa bir “dubinka”dan qorxub meydanlara çıxmama, vergi cinayətindən dolayı ölkəyə qorxusundan ayaq basmama “CƏSARƏTİ” ilə bu ölkədə qəhrəmanlıq səlnaməsimi yazmaq istəyirlər? Kimlə? Necə?

Məgər anlamırlarmı ki, böyük tarixləri yaratmaq böyük insanların işidir və həmin keyfiyyət İbrahimbəyovun da, Namazovun da istedadının fövqündədir?

1 aydır mətbuatdan – həmin bu mövcudatı olmayan qurumun, olmayan ideologiyanın, olmayan birliyin müjdələrini almaqdayıq. Hər gün də bir “hava”dadırlar. Amma ortalıqa bir şey qoya bilmirlər ki, bilmirlər.

Hələ yaxşı ki, arada Rüstəmbəyov kimdənsə göndərdiyi pulların hesabını soruşur, vaxtı olanda müxalifət liderlərini “valideyn sillə”sinə qonaq edərək tənbehləyir ki, bir az diri olun, aktivləşin, toparlanın. Yoxsa bunların varlığından ümuiyyətlə bixəbər olarıq. Amma kimə deyirsən? Yenə də bir sonuca vara bilmirlər. Hamı dirəşib ki, özüm olacam Prezident. Haranın Prezidenti, kimin Prezidenti, nəyin Prezidenti-bu haqda isə təfərrüat yoxdur.

Hərdən mənə elə gəlir ki, bunlar üçün heç dövlət Prezidentliyini-filan da prioritet deyil. Nə olur olsun, lap hansısa məhdud məsuliyyətli cəmiyyətin Prezidentliiyi olsun, fərq etməz. Yetər ki, Prezidentlik olsun.

Ayrıca anlamadığım bir şey də var: Rüstəmbəyovun və Namazovun hansı ağılla ətraflarındakı adamları birliyə dəvət etmələri...

Məgər qocaman ssenarist anlamırmı ki, hətta dünyanın bütün Oskarlarını belə yığıb-yığışdırıb ona versələr, yenə İsa ilə Əlini birləşdirə, onları ortaq mövqeyə gətirə bilməz?

Ya da köhnə reneqat fərqində deyilmi ki, bu günə qədər təşkil olunan bütün müxalif fraksiyalar elə həmin İsa Qəmbərlə Əli Kərimlinin daş kəsməyən ambisiyası ucbatından ağlar günə qalıb?

Bunu anlamaq o qədərmi çətindir?

Bir-birinə potoloji nifrət edən 2 adama necə və hansı şəkildə bərabərlik, birlik anlayışı təlqin oluna bilər? Həm, durub dururkən niyə işgəncə verilir ki, onlara? Bəs xarici təşkilatlardan qrantları kim alsın? Bəs növbəti 5 il üçün azuqə hansı şəkildə toplansın?

Odur ki, Eldar Namazov hansısa böyük tarixin eyforiyası ilə bərabər bir də çox yaxınlarda onları qarşılayacaq olan daxili vulkanların, fiaskonun, ambisioz savaşların depressiyasına hazırlasın özünü.

“28 may”- söhbətinə də çox qapılıb qalmasın. Bir də gördün Rüstəm müəllim dünyanın o biri başından zəng edib dedi ki, təqdimatı Rusiyanın müstəqillik gününə salası olduq, tapşırıq dəyişib..

Gəl ondan sonra bir də mətbuatı yığ başına ki, elə deyil-belədir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb