Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin Oğuz rayonu üzrə seçki qərargahı təbliğat və təşviqat kampaniyasını davam etdirir.
AZXEBER.COM-un məlumatına görə, bununla əlaqədar Oğuz rayonunda seçicilərlə növbəti görüş keçirilib.
YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov tədbiri açaraq Cənab İlham Əliyevin həyata keçirdiyi layihələrdən və ölkədə aparılan abadlıq- quruculuq işlərindən ətraflı danışıb. S.Məhərrəmov 9 oktyabrda keçiriləcək prezident seçkilərinin əhəmiyyətini vurğulayaraq söyləyib ki, Cənab İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının deyil, bütün Azərbaycan xalqının seçimidir: "Bu özlüyündə tutarlı bir arqumentdir. Yəni, Cənab İlham Əliyevin 10 illik fəaliyyəti dövründə ölkədə elə bir sahə yoxdur ki, orada dövlət başçısının diqqətinin və qayğısının izləri görünməsin. Bu səbəbdən İlham Əliyev Cənabları Azərbaycan xalqının alternativsiz lideridir".
Rayon təşkilatınnı sədri onu da qeyd edib ki, YAP ölkəmizdə keçirilən bütün seçkilərdə uğurlu qələbələr qazanıb: "Bu qələbələrin əsas amillərindən biridə YAP-ın seçki kampaniyalarına yüksək səviyyədə hazırlaşması olub. Bugünkü seçki kampaniyasına da təşkilatımız ciddi şəkildə hazırlaşıb və təbliğat-təşviqat işini yüksək səviyyədə davam etdirir". O, 9 oktyabr tarixdə keçiriləcək seçkilərdə bütün seçiciləri məntəqələrə gələrək cənab İlham Əliyevə səs verməyə çağırıb.
Təbliğat-təşviqat qrupunun üzvü Elşən Musayev çıxış edərək vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin yolu ilə gedərək 21 ildə çox böyük və uğurlu yol keçib. Son 10 ildə respublika cənab İlham Əliyevin, bilavasitə rəhbərliyi və gərgin əməyi sayəsində ölkədə yaranmış siyasi sabitlik, sürətli iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, əhalinin pensiya, müavinət və əməkhaqlarının hər il artması ilə ölkə əhalisinin yaşayış səviyəsini xeyli yüksəldib.
Milli Məclisin üzvü, Müəllimlər inistitunun rektoru Aqiyə Naxçıvanlı çıxışında qeyd edib ki, son 10 ildə ölkə prezidenti cənab İlham Əliyev bütün bölgələrə dəfələrlə səfər edib, sadə əmək adamları ilə görüşüb, onları dinləyib və qaldırdıqları məsələlərin həlli ilə bağlı aidiyyatı dövlət qrumlarına göstərişlər verib, icrasına nəzarət edib.
Seçicilərdən rayon ağsaqqallar şurasının sədri Cuma Cumayev, rayon gənclər və idman idarəsinin rəisi Ramiz Mahmudov, Oğuz şəhəri 2 saylı orta məktəbin dərs hissə müdiri Təranə Zəkəriyayeva və rayon təhsil şöbəsinin inspektoru Rəşid Nurməmmədov öz çıxışlarında cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılmış böyük uğurlardan, həyata keçirilən sosial ləyihələrdən, respublikamızda və rayonumuzda görülən abadlıq işlərindən danışıblar. Çıxış edənlər bildiriblər ki, 9 oktyabrda keçiriləcək seçkilərdə bütün Oğuzlular hamılıqla YAP-ın namizədi Cənab İlham Əliyevə səs verəcəklər.