“Çelsi” 60 milyon avroya hücumçu transfer etdi

İDMAN
18:31 20.06.2023
325
"Çelsi” heyətini yeni oyunçu gücləndirib.

London təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, Kristofer Nkunku ilə 6 illik müqavilə bağlanıb.

Almaniyanın "Leypziq” klubundan transfer edilən forvard üçün "Çelsi” qarşı tərəfə 60 milyon avro ödəyib.

Qeyd edək ki, 25 yaşlı hücumçu ötən mövsüm "Leypziq”də 36 oyuna 23 qol vurub, 9 qol ötürməsi edib.
OXŞAR XƏBƏRLƏR