"Çelsi" argentinalı futbolçunu transfer edib

İDMAN
18:17 08.08.2024
123
İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Zadəganlar" Argentinanın "Boka Xuniors" komandasında çıxış edən Aaron Anselminonu transfer edib.

19 yaşlı müdafiəçi ilə 7 illik müqavilə imzalanıb.

Qeyd edək ki, argentinalı oyunçu "Boka Xuniors"un əsas komandasında 10 matçda meydanda olub və 1 qol vurub.
 
///report

OXŞAR XƏBƏRLƏR