"Çelsi" Bakıda 150 polisin mühafizəsi altında məşq edəcək

"Çelsi" Bakıda 150 polisin mühafizəsi altında məşq edəcək
İDMAN
15:32 21.11.2017
1226
İngiltərənin "Çelsi" klubu Çempionlar Liqasının qrup mərhələsinin V turunda noyabrın 22-də "Qarabağ"a qarşı keçirəcəyi oyun ərəfəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini istəyib.

Bu səbəbdən komandanın bu gün saat 15:00-da start götürəcək məşq prosesinə 150 polis və 20 stüart cəlb olunub.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:00-da başlayacaq.
 
///Qaynarinfo
OXŞAR XƏBƏRLƏR