"Çelsi" ilə oyun öncəsi "Qarabağ" daha bir futbolçusunu itirdi

"Çelsi" ilə oyun öncəsi "Qarabağ" daha bir futbolçusunu itirdi
İDMAN
15:19 11.09.2017
1186

İngilis nəhəngi ilə  çətin oyun öncəsi "Qarabağ" xoş olmayan vəziyyətlə üzləşdi.

Baş məşqçi iki futbolçunun xidmətindən məhrum olub.

Belə ki, Albaniya millisinin düşərgəsindən zədəli dönən Ansi Aqollinin bərpa prosesi 8 gün çəkəcək. Bu səbəbdən o, "Çelsi" matçını buraxacaq.

Dani Kintananın müalicəsi davam edir. Uzun müddətə sıradan çıxan ispan futbolçu hələ bir müddət istirahət etməli olacaq.

///Fanat.az
OXŞAR XƏBƏRLƏR