““Çelsi” ilə oyunda ağladım” - “Qarabağ”ın futbolçusu

““Çelsi” ilə oyunda ağladım” - “Qarabağ”ın futbolçusu
İDMAN
20:28 10.10.2017
1189
"Qarabağ”ın haitili futbolçusu Vilde-Donald Gerrye ölkəsinin mətbuatına müsahibə verib.
AZXEBER.COM həmin müsahibəni təqdim edir:
 
- Milli komanda ilə Yaponiyaya qarşı oyundan nə gözləyirsiz?
 
- Rəqib futbol oynaya bilən ölkənin komandasıdır. Digər görüşlər kimi bu matçda da qalib gəlməyi düşünürdük. Komandada zədədən əziyyət çəkənlər var idi. Buna baxmayaraq bütün gücümüzü ortaya qoyduq. 3:3 hesabı pis nəticə deyil. - "Qarabağ”ın heyətində Çempionlar Liqasının ilk matçında
 
– "Çelsi”yə qarşı oyunda ağladınız. Göz yaşlarınızın səbəbi nə idi?
 
- İlk dəfə "Qarabağ”ın heyətində Çempionlar Liqası oyununda spikerin mənim meydana çıxdığımı elan etməsini unutmayacağam. ÇL-dəki ilk haitili idim. Bundan duyğulandım və ağladım.
 
- Avropa futbolunun böyük komandaları ilə qarşılaşmaq nə deməkdir?
 
- Biz "Real”a, "Barselona”ya qarşı oynamaq istəyiriksə, əvvəlcə "Çelsi” və "Roma” kimi komandaları qarşı oynamağı öyrənməliyik. "Atletiko”ya qarşı matçda da meydana çıxmaq və qələbə qazanmaq üçün oynayacağıq.
 
 - Çempionlar Liqasında "Qarabağ”ın hədəfi nədir?
 
- Qrupu başı dik şəkildə başa vurmaq.
OXŞAR XƏBƏRLƏR