"Çelsi" "Liverpul"un qapıçısını transfer etmək istəyir

İDMAN
19:58 19.11.2024
253
İngiltərənin "Çelsi" klubu Premyer Liqanın digər təmsilçisi "Liverpul"un qapıçısı Kivin Kelleheri transfer etmək istəyir.

"Zadəganlar" 25 yaşlı qolkiper üçün təxminən 42 milyon avro ödəməyə hazırdır.

Liverpul təmsilçisinin əsas qapıçısı Alisson Beker sağalıb sıraya döndüyündən, Kelleherin komandadan ayrılmaq niyyətində olduğu bildirilib. O, həmçinin İtaliya təmsilçiləri "Yuventus" və "Napoli"nin də maraq dairəsindədir. Lakin futbolçu İngiltərə Premyer Liqasında qalmağa üstünlük verir.

Qeyd edək ki, K.Kelleher "Çelsi" klubunun 11-ci qapıçısı ola bilər. Hazırda London təmsilçisinin heyətində Robert Sançes, Filip Yorqensen, Markus Betinelli, Corc Petroviç, Kepa Arrisabalaqa, Mayk Penders, Qebriel Slonina, Lyuk Kempbell, Ted Kerd və Teddi Şarman-Lou var.
 
///report

OXŞAR XƏBƏRLƏR