"Çelsi" möcüzəyə imkan vermədi

İDMAN
10:15 19.03.2014
1111
Bu gün Çempionlar Liqasında 1/4 finalın daha iki iştirakçısı müəyyən olub. 
AZXEBER.COM xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Maraqla gözlənilən qarşılaşma Londonda "Çelsi" ilə "Qalatasaray" arasında keçirilib. İlk görüş 1-1 yekunlaşsa da, ikinci görüşdə ingilislər 2-0 hesablı qələbə ilə 1/4 finala yüksəlib. Digər görüş İspaniyada "Real Madrid" və Almaniya təmsilçisi "Şalke" arasında keçirilib. İlk görüşdə inamlı qələbə qazanan ispanlar ikinci görüşdə də 3-1 hesabı ilə qələbəyə sevinib. Ümumi nəticə 9-2 ispanların xeyrinə yekunlaşıb. Qeyd edək ki, 1/4 finalın son iki iştirakçısı bu gün məlum olacaq. - See more at: https://axar.az/news/11999#sthash.03MgdxUj.dpuf
OXŞAR XƏBƏRLƏR