"Çelsi" sanksiyalara görə bəzi futbolçuları ilə vidalaşa bilər

"Çelsi" sanksiyalara görə bəzi futbolçuları ilə vidalaşa bilər
İDMAN
19:55 12.03.2022
330
İngiltərənin "Çelsi" klubunun bəzi futbolçuları London təmsilçisini tərk edə bilər.

Buna "zadəganlar"ın sahibi Roman Abramoviçin sanksiyalara məruz qalması səbəb olub.

Oyunçular maliyyə vəziyyətinin pisləşəcəyi və maaşları gecikəcəyi təqdirdə müqaviləyə xitam vermək imkanını nəzərdən keçirəcəklər. Artıq bəzi futbolçular sözləşmənin ləğvi variantını müzakirə emək üçün vəkillərlə əlaqə saxlayıb.

Qeyd edək ki, Böyük Britaniya hökuməti martın 10-da Roman Abramoviçə sanksiyalar tətbiq edib. Rusiyalı iş adamının, o cümlədən klubun aktivləri bloklanıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR