"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başladı

İDMAN
18:37 30.12.2022
268
Argentina millisinin və Portuqaliyanın "Benfika" klubunun futbolçusu Entso Fernandes karyerasını İngiltərədə davam etdirə bilər.

Bu barədə tanınmış italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, "Çelsi" 21 yaşlı yarımmüdafiəçinin klubu ilə danışıqlara başlayıb. Argentinalı oyunçu artıq London təmsilçisi ilə ilkin razılıq əldə edib.

Daha əvvəl "Benfika"nın Fernandes üçün 120 milyon avro tələb etdiyi bildirilib.

Qeyd edək ki, Entso Fernandes cari ilin iyulunda Portuqaliya klubuna keçib. O, Argentina yığması ilə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.
 

OXŞAR XƏBƏRLƏR