"Çelsi" və "Mançester Siti" rusiyalı gənc futbolçu ilə maraqlanır

İDMAN
19:07 19.04.2024
178
Rusiyanın "Lokomotiv" klubunun futbolçusu Sergey Pinyayev karyerasını İngiltərədə davam etdirə bilər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, "Mançester Siti" və "Çelsi" 19 yaşlı vingeri yaxından izləyir.

Rusiyalı cinah oyunçusu ilə "Liverpul", "Mançester Yunayted" və "Nyukasl" da maraqlanır.

İngiltərə təmsilçilərindən başqa, Pinyayevi Almaniyanın "Borussiya" (Dortmund) və İspaniyanın "Vilyarreal" klubları da heyətində görmək istəyir.

Qeyd edək ki, Sergey Pinyayev 2022-ci ildən Moskva təmsilçisinin formasını geyinir.

OXŞAR XƏBƏRLƏR