Avropa Superkubokun finalında het-triklə yadda qalan "Atletiko" (Madrid) klubunun hücumçusu Radamel Falkao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Çelsi"nin sahibi Roman Abramoviç kolumbiyalı futbolçunun transferi üçün "Atletiko"ya fantastik məbləğ təklif edib.
Rusiyalı iş adamı Falkaonun keçidinə 70 milyon avro xərcləməyə hazırdır. Futbolçu da "Çelsi"nin təklifini müsbət qarşılayıb. Tərəflər arasında razılıq əldə olunarsa, Falkao yanvar ayından "Çelsi"nin şərəfini qoruyacaq.
Qeyd edək ki, ötən mövsüm "Porto"dan "Atletiko"ya transfer edilən Falkao keçirdiyi 37 oyunda 30 qola imza atıb.