"Çelsi"nin baş məşqçisi Premyer Liqada sentyabrın ən yaxşısı seçilib

İDMAN
19:39 11.10.2024
359
İngiltərənin "Çelsi" klubunu çalışdıran Entso Mareska Premyer Liqada sentyabrın ən yaxşı baş məşqçisi seçilib.

Cari mövsümün əvvəlində "zadəganlar"ın "sükanı arxasına" keçən 44 yaşlı mütəxəssis ötən ay komandasına 3 oyunda qələbə qazandırıb.

London təmsilçisi Mareskanın rəhbərliyi altında həmçinin bir matçda heç-heçəyə imza atıb.

Qeyd edək ki, "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer Premyer Liqada ayın ən yaxşı oyunçusu seçilmişdi.

OXŞAR XƏBƏRLƏR