“Çelsi”nin braziliyalı müdafiəçisi “Fluminense”yə dönə bilər

İDMAN
18:51 22.04.2024
205
İngiltərənin "Çelsi” klubunun braziliyalı müdafiəçisi Tiaqu Silva "Fluminense”yə dönə bilər.

39 yaşlı oyunçunun London klubu ilə müqavilə müddəti iyunda başa çatacaq.

Bildirilib ki, o, 2006-2009-cu illərdə çıxış etdiyi sabiq klubuna azad agent kimi transfer olunacaq.

Qeyd edək ki, 2020/2021 mövsümündən "Çelsi”də çıxış edən Tiaqu Silva 149 oyunda meydana çıxıb və 9 qola imza atıb.
 

OXŞAR XƏBƏRLƏR