"Çelsi"nin futbolçusu: "Hazard komandada qalmağımı istədi"

"Çelsi"nin futbolçusu: "Hazard komandada qalmağımı istədi"
İDMAN
18:04 05.10.2017
1210
"Çelsi"nin futbolçusu Mişi Batşuayi ötən yay klubda həmyerlisi Eden Hazarın məsləhəti ilə qaldığını etiraf edib.
 
AZXEBER.COM-un məlumatına görə, belçikalı hücumçu bunları deyib: "O, mənə dostcasına məsləhət verdi. Məndən komandada qalmağımı istədi. "Çelsi"nin 2 hücumçu transfer edəcəyini gözləyirdim. Amma təkcə Morata gəldi. Onunla yaxşı münasibətim var. Lakin mən də uğur qazanmaq istəyirəm. Qışda başqa yerə getmək istəmirəm. Bu mövsüm çox oyunumuz var. Özümü ən yaxşı tərəfdən göstərmək imkanım olacaq".
OXŞAR XƏBƏRLƏR