"Çelsi"nin məşhur futbolçusunun oğlu Azərbaycan klubunda

"Çelsi"nin məşhur futbolçusunun oğlu Azərbaycan klubunda
İDMAN
18:11 11.09.2025
174
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Gənc futbolçu Aaron Maluda Fransanın "Lill" klubundan bir illik icarəyə götürülüb.

Maluda Fransanın "Lion" klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində "Lill", "Renn" və "Nim" klublarının ikinci və əsas komandalarında oynayıb.

Vinger mövqeyində çıxış edən Aaron, Fransanın U-19 millisinin də üzvü olub.

Qeyd edək ki, Aaron Maluda Fransa millisinin və İngiltərənin "Çelsi" klubunun əfsanəsi Floran Maludanın oğludur.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR