''Çelsi''yə yeni baş məşqçi təyin edildi

İDMAN
09:10 22.11.2012
1401
Londonun “Çelsi” klubuna yeni baş məşqçi təyin edilib. Çərşənbə günü vəzifəsindən kənarlaşdırılan Roberto Di Matteonu ispaniyalı məşqçi Rafael Benites əvəz edib.
AZXEBER.COM-un məlumatına görə, bu xəbəri “zadəganlar”ın saytı yayıb.2012-ci ilin martından komandaya rəhbərlik edən Roberto Di Matteo Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” “Yuventus”a 0:3 hesabı ilə məğlub olduqdan sonra istefaya göndərilib. Bu məğlubiyyətdən sonra turnirin hazırkı qalibi pley-off mərhələsinə keçə bilməmək riski ilə üzləşib.Roman Abramoviç 2003-cü ildə “Çelsi”ni aldıqdan sonra səkkiz mütəxəssis sınanıb. Roberto Di Matteo komandanın tarixində ilk dəfə Çempionlar Liqasının qalibi ediböRafael Benites UEFA tərəfindən iki dəfə ilin ən yaxşı məşqçisi elan edilib. O, “Liverpul”la Çempionlar Liqası, UEFA Superkuboku və İngiltərə kubokunun qalibi olub, “Valensiya” ilə UEFA kubokunu və iki dəfə İspaniya çempionu titulunu qazanıb.“Çelsi” İngiltərə çempionatının turnir cədvəlində üçüncü pillədədir və lider “Mançester Siti”dən dörd xal geri qalır. Çempionlar Liqasının qrup mərhələsinin bitməsinə bir oyun qalmış “zadəganlar” 7 xalla qrup üçüncüsüdürlar. Qrupa 10 xalla “Şaxtyor” liderlik edir, “Yuventus” 9 xalla ikinci pillədədir.

OXŞAR XƏBƏRLƏR