Elton ilk dəfə boşanmasından danışdı: Başqasını sevirəm

MAQAZİN
13:55 13.08.2015
10199
Elton Hüseynəliyev prodüser həyat yoldaşı Toma ilə ayrılmasıyla bağlı ilk dəfə açıqlamalar verib.
AZXEBER.COMaxsam.az-a istinadən xəbər verir ki, müğənni rəsmən boşandığını təsdiqləyib:

“Ayrılma haqda heç nə danışmaq istəmirəm. Hər bir ailənin içində sirr var. İki insana məxsusdur və açıqlanmamalıdır. Sadəcə deyim ki, xasiyyətimiz tutmadı. Alınmayanda, bir-birimizi incitməkdən, uzatmaqdansa, maraqlı qalıb, ayrılmaq məsləhətdir. Mən ona həyatında uğurlar arzulayıram. Toma xanım gözəl, istedadlı prodüserdir. Öz gücünü göstərəcək. Ona uğurlar arzulayıram. Bu mənim öz qərarım oldu, müraciət etdim ayrıldım. Rəsmi boşanma da olub”.

“Bəs, ikinci dəfə evlənməklə bağlı nələr düşünürsünüz” sualına müğənni belə cavab verib:

“Bu söhbətlər mənə uyğun deyil. Mən şeyx deyiləm, alim deyiləm bu haqda böyük fikirlər söyləyim. Bu gün həyatımdan razıyam. Sənətimlə məşğulam. Həyatımda sevdiyim insan var, xoşbəxtəm. Sevirəm və sevilirəm. Uşaqlarımla da tez-tez görüşürəm. Ailədir, alınmadı. Bu mövzuda indiyənə kimi danışmamışam. Açıqlama vermək istəmişəm, sonra düşünmüşəm ki, kənarda qalsam yaxşıdır. Amma mən sənət adamıyam. Bizim həyatımız gizli qalmır, istər-istəməz ətrafdakılar görür, bilir”.

OXŞAR XƏBƏRLƏR